BOZGURD.INFO : Моя территория - мои правила (с) (myazerbaijanorg) wrote,
BOZGURD.INFO : Моя территория - мои правила (с)
myazerbaijanorg

Hələ deyirsən, şura höküməti bizə neyləyib? (VİDEO)

- Qış vaxtı bu nə yaylağa çıxmaqdır, Kərbəlayi? Tapa da bilmirik.
- Canımıza elə bir od salıblar ki, aranda oturaq? Gərək sən bu işə qol qoymayaydın... Abbasqulu bəy, bir-birimizə hörmətimiz var, duz-çörək kəsmişik. Onu ayaqlamaq çox ağırdı. Mənim davam sənnən deyil, təzə hökumətnəndir.
- Üstünüzə silahlı dəstə göndərmək istəyirdilər, Kərbəlayi. Sonra qərara gəldilər ki, dinc yolla həll eləsinlər.
- həəəə...? Deməli mənə hörmət eləyiblər. Ha-ha... Nə qədər ki, yerimdə sakit oturmuşdum, heç kəs məni saymırdı, itin-qurdun ayağına verirdilər. Başından basırdılar. Elə ki gördülər, yooox, ölməmişəm, dünyanın gediş-gəlişini başa düşürəm, onda məni hörmətə mindirdilər? Mənə belə hörmət lazım deyil. Qoy lap QOŞUN GÖNDƏRSİNLƏR!
- Bir yaxşı-yaxşı fikirləş. Gör bunun axırı nə ilə qurtara bilər. Hökumətlə hökumətlik eləməyəcəksən ki...
- MƏN BELƏ HÖKUMƏT TANIMIRAM!
- Yaşına görə çox şey görmüsən. Neçə ölkələrin torpağını ayaqlamısan. Zamanə bizə çox şey öyrədib. Odur ki gərək, yaxşını pisdən ayıraq...
- Şura hökumətiynən mənimki tutmaz, bəy.
- Neylədi ki sənə şura hökuməti?
- Hələ soruşursan da! Mən gördüyümü Allah heç kəsə göstərməsin. Oğlum Yadullanın müsibəti, heç belə olmamışdı. Canımı dişimə toplayıb birtəhər dözürdüm... Dinc qoymadılar. Torpağımın yarısını aldılar - dinmədim. Şura soveti gəldi, evimi tarımar elədilər - danışmadım. Taxılımı apardılar - dinmədim. Əşi, hansını deyim? İndi də bu kolxoz oyununu atıblar ortaya, deyirlər ki, inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da ver... Sonra da gəlib deyəcəklər ki, papağını da ver, namusunu da! Hələ bir soruşursan ki, Şura höküməti mənə neyləyib?





Tags: Азербайджан, большевики, раскулачивание
Subscribe

  • Post a new comment

    Error

    default userpic

    Your reply will be screened

    Your IP address will be recorded 

    When you submit the form an invisible reCAPTCHA check will be performed.
    You must follow the Privacy Policy and Google Terms of use.
  • 0 comments